!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nüfuzlu “oğru”ya tələ qurulub? - "Şakro Molodoy"un müraciətinə şübhə yanaşılır

!Reklam – Yazi

“Oğru dünyası” gürcü əsilli “oğru” Zaxari Kalaşovun (Şakro Molodoy) müraciətinə şübhə ilə yanaşır.

Yenicag.az xəbər verir ki, müraciətin əl ilə yazılmaması kriminalitetlərdə bunun oyun olduğu şübhəsi yaradıb. “Oğru qaydaları”na görə “ksiva”, “malyava”, “proqon” kimi kriminal mətnlər əlyazma olmalıdır.

Digər tərəfdən, “Şakro Molodoy”un belə bir bəyanatla çıxış etməsi onun üçün təhlükə yaradır. Rusiya qanunlarına görə, kriminal iyerarxiyada yüksək status tutan şəxslər hətta cinayət etməsələr belə həbs olunur.

“Şakro Molodoy” bunu bilməmiş deyil. Bu halda o, özü üşün əlavə başağrı yaratmaz. Ona görə də müraciətin “Şakro Molodoy”a məxsus olması şübhə doğurur. Müraciətdə imza yerinə qeyri-müəyyən “sizin qardaşınız” ifadəsinin yazılması da şübhələri artırır. “Oğru”lara aid olan mətnlərdə mütləq onların adı olur”, deyə kriminal dünyaya yaxın şəxslər bildirib.

Bəzi mülahizələrə görə, bu müraciətdən sonra “Şakro Molodoy” şantaja məruz qala bilər: “Artıq o bu müraciətlə özünün mütəşəkkil cinayətkar qruplaşmanın lideri olduğunu etiraf edib. Hazırda həbsdədir. O, 2018-ci ildə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Bu müraciətdən sonra “Şakro Molodoy”un cəzası artırıla bilər. Yəni, artıq onun kriminal dünyada yüksək statusa malik şəxs kimi mühakimə edilərək cəzalandırılması üçün tutarlı əsas var. Mümkündür ki, bu müraciət elə “Şakro Molodoy”u tələyə salmağa hesablanıb. Onun qarşısında indi iki seçim var: Ya cəzasının artırılması ilə razılşamalı, ya da dövlət strukturları ilə əməkdaşlığa “hə” deməlidir”.

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv