Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Numan Kurtulmuş: "Məsələ nə F-35-dir, nə də S-400, bilirlər ki..."

Noyabrın 22-də Türkiyənin paytaxtı Ankarada Anadolu Yayımçılar Dərnəyi tərəfindən “Yeni Kommunikasiya texnologiyaları və yerli medianın gələcəyi” mövzusunda seminar keçirilib.

Yenicag.az xəbər verir ki, seminara iqtidardakı Ədalət və İnkişaf Partiyasının sədrinin müavini Numan Kurtulmuş da qatılıb.

Seminardakı çıxışı zaman bütün ömrü boyunca yerli medianın yanında olduğunu bildirən Kurtulmuş medianı demokratiyanın gücü adlandırıb.

Türkiyə dövlətinin xarici siyasəti haqqında da danışan Kurtulmuş güclü Türkiyə istiqamətində inamlı addımların atıldığını söyləyib.

ABŞ ilə yaşanan F-35 anlaşmazlığına toxunan Kurtulmuş Türkiyənin NATO müttəfiqi olmasına baxmayaraq, sıxışdırılmağa çalışıldığını bildirib:

“Məsələ nə F-35-dir, nə də S-400. Bilirlər ki, güclü Türkiyə istiqamətində addımlayacağımız təqdirdə Türkiyə özünün milli təyyarəsini ərsəyə gətirəcək, hərbi sənayesindəki yeniliklərin meyvələrini dərərək öz raketlərini, raket sistemlərini və təyyarə mühərriklərini istehsal edəcək. F-35 və S-400 məsələsi Türkiyənin milli müdafiə sənayesində güclənməsindən duyulan narahatlığın yansımasıdır”.

Qeyd edək ki, sözügedən seminara Türkiyənin yerli media orqanlarının rəhbər şəxsləri ilə yanaşı, Azərbaycandan da qatılanlar olub. Azərbaycanı seminarda “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər təmsil edib.

www.yenicag.az

158
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100