!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Numan Kurtulmuşdan ÖNƏMLİ MESAJ: “Türkiyə hər sahədə gücünü artıraraq...”

!Reklam – Yazi

“Önümüzdəki dövrdə, yəni cümhuriyyətimizin ikinci əsrində sözü güclü, gücü təsirli bir Türkiyə inşa etmək qərarımızın olduğunu bütün dünyaya elan edirik”.

Yenicag.az xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş mediaya verdiyi açıqlamasında qeyd edib.

Onun sözlərinə görə Şimali Kipr və Azərbaycanın güclü olması Türkiyənin öz bölgəsində güclü olması deməkdir:

“Bu gün digər qardaş ölkəmiz Azərbaycandayıq. Azərbaycan Qafqazda Türkiyənin ən önəmli müttəfiqi, Türkiyənin qardaşı və hər sahədə mükəmməl münasibətləri olan ölkədir. Daha dəqiq, Türkiyə, Azərbaycan və Şimali Kipr bir millət-üç dövlət anlayışı ilə hərəkət etməkdə olan bir-birinə yaxın ölkələrdir.

Türkiyənin Araliq dənizində Şimali Kiprlə, Qafqazda isə Azərbaycanla olan münasibətləri strateji baxımdan fövqəladə dərəcədə önəmli məsələdir. Burada Azərbaycanın güclü olması Türkiyənin öz bölgəsində güclü olması deməkdir. Eyni şəkildə, Şimali Kiprin güclü olması Türkiyənin öz bölgəsində güclü olması deməkdir.

Bildiyiniz kimi, bu il cümhuriyyətimizin ikinci əsrinə baş vururuq. Önümüzdəki dövrdə, yəni cümhuriyyətimizin ikinci əsrində sözü güclü, gücü təsirli bir Türkiyə inşa etmək qərarımızın olduğunu bütün dünyaya elan edirik. Bu mənada Türkiyə hər sahədə gücünü artıraraq xarici siyasət, iqtisadiyyat, sosial məkan, siyasi nizam və demokratiyasında son dərəcə güclü ölkə olaraq dost və qardaş ölkələrlə birgə gələcəyə doğru əl-ələ addımlayacaq.

Bu baxımdan bu iki görüşün birgə baş tutması, həmçinin cənab prezidentimiz “Vilnüs Zirvəsi”ndəki NATO ölkələriylə müzakirə apararkən bizim Azərbaycana Şimali Kipr Türk Respublikasıyla səfərimizin bir başqa mənası da var. Belə ki, Türkiyə türk dövlətləriylə olan münasibətlərə ciddi şəkildə nəzər salmaqdadır. Qarşıdakı dönəmdə Türkiyə yüz ilin hədəflərinə doğru irəliləyərkən bizim ortaq şəkildə inkişaf etdirəcəyimiz fəaliyyət sahələrindən biri də türk dövlətləri ilə birgə aparacağımız çalışmalardır.

Az sonra Azərbaycan dövlət başçısı cənab İlham Əliyevi ziyarət edəcəyik. Ardından Milli Məclisin sədri və Baş naziri ilə görüşlər keçirəcəyik. Həmçinin heyətlərarası görüşlər də baş tutacaq. Məqsədimiz bəyan etdiyimiz kimi qarşıdakı dövrdə türk dünyasının dünya siyasətində güclü formada var olmasını təmin etməkdir. Buna görə də hər sahədə əməkdaşlıqlarımızı üst səviyyəyə çıxarmaq önəmlidir.

Təkcə Türkiyə-Azərbaycan münasibətləri deyil, bundan başqa Qafqaz, Orta Asiya və türk dövlətləri ilə birgə bölgəmizdə sülh və səmimiyyəti təmin etmək, həm də güclü türk dünyasının inşa edilməsində mübarizə aparmaq boynumuzun borcudur. Ümid edirəm ki, Azərbaycan səfərimiz Türkiyə-Azərbaycan və Türkiyə-türk dünyası münasibətlərinə fayda verəcək ziyarət olacaqdır. Buradan bu vəsiləylə şəxsən özüm və heyətdəki millət vəkilləri adından bütün Azərbaycan xalqına sevgi və sayqımızı ifadə edirik”.

Yusif Səmədzadə

www.yenicag.az

326
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv