Nurəddin Mehdixanlı: “Bu gün heç bir azərbaycanlı çırtma çalıb oynamaz”

“Bu gün heç bir azərbaycanlı çırtma çalıb oynamaz. Çünki baş verən hadisələr çırtma çalıb oynanılası vəziyyət deyil”.

Yenicag.az xəbər verir ki, bunu xalq artisti, tanınmış aktyor Nurədin Mehdixanlı açıqlamasında deyib.

Aktyor, eyni zamanda ağlamağın da tərəfdarı olmadığını bildirib:

“Azərbaycan bu gün xain qonşusu tərəfindən təcavüzə məruz qalır və qurbanlar verir, oğullar itiririk. Kimliyindən aslı olmayaraq, hər kəs bu havanın içində yaşamağı öyrənməli, atacağı addımları hesablamalıdır.
Amma digər tərəfdən, bizim başımıza döyüb ağlayan vaxtımız da deyil. Ağladıq, bəsdir. Baxdıq, gördük ki, ağlamaqla heç nəyi dəyişmirik, dəyişə bilmirik. Əksinə, ağladıqca daha gücsüz, daha mağmın görünürük. Nəyə görə indi üstünüzə gəlirlər, çünki ağlamağı tərgidib, başqa mövqe seçmişik. Bizi yenidən başqa vasitələrlə ağlatmağa, əzməyə çalışırlar. Amma bu, mümkün deyil”.

Aktyor bu sözləri “5/5” verilişində deyib.

Nehru