!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nüvə dövlətlərinin MÜMKÜN TOQQUŞMASI: “Rusiya özünü hansı tələyə saldığının fərqindədir” – ŞƏRH

!Reklam – Yazi

“Moskva anlamağa başlayıb ki, regionda öz ambisiyalarını gücləndirməyi necə katastrofik nəticələrə gətirə bilər”.

Bu fikirləri yanvarın 21-də ABŞ dövlət katibi Entoni Blinlen və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdən sonra verdikləri mesajları dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etdiyi kimi indi də Donbası tutması imkansız görünür:

“Açığı, ABŞ və Rusiya rəsmilərinin analoji görüşlərindən sonra vəziyyət nisbətən sabitləşsə də, sonra gərginlik yenidən artır. Bu da əlbəttə ki, Rusiyanın öz ekspansiya siyasətindən imtina etməməsidir.

Amma Kreml unutmamalıdır ki, indi 2014-cü il deyil və o vaxt Krımı ilhaq etdiyi kimi indi də Donbası tutması imkansız görünür. Digər tərəfdən, başda ABŞ olmaqla, Qərb də bu məsələdə Rusiyaya dəfələrlə sərt xəbərdarlıq ünvanlayıb.

Bu amil və eyni zamanda, Ukrayna ordusunun xeyli güclənməsi, ən müasir silahlarla təchiz edilməsi Rusiyanın işğal siyasətini rahatlıqla gerçəkləşdirə bilməyəcəyini göstərir.

Moskva anlamağa başlayıb ki, regionda öz ambisiyalarını gücləndirməyin necə katastrofik nəticələrə gətirə bilər. Ancaq buna rəğmən, Rusiya Ukrayna ilə sərhədə cəmləşdirdiyi yüz minlik hərbi kontingenti də hələ ki geri çəkmək istəmir.

Lavrovla görüşdə də Blinken Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə, sərt cavab veriləcəyini Lavrovun diqqətinə çatdırıb. Lavrovun isə Blinkenlə görüşü “faydalı” adlandırması Rusiyanın özünü hansı tələyə saldığının fərqində olduğunu anladığını göstərir”.

A.Zeynalov

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv