!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi, hava limanı bağlandı

!Reklam – Yazi

ABŞ-ın Nyu-York şəhərində selə görə fövqəladə vəziyyət elan edilib.

Yenicag.az xəbər verir ki, Nyu-Yorkda bir neçə gündür davam edən intensiv yağışlar səbəbi ilə bir çox səmtlərdə daşqınlar yaranıb, elektrik kəsintisi və su basması səbəbi ilə bir çox metrostansiyaların fəaliyyəti dayanıb.

Binaların zirzəmiləri və bir çox mərkəzi yollar sel sularına qərq olub. Şəhər meriyası təbii fəlakətlə bağlı insanlara xəbərdarlıq edib. Rəsmilər şəhər sakinlərini ehtiyac olmadığı təqdirdə evlərindən çıxmamağa çağırıb.

Təbii fəlakət hava nəqliyyatına da mənfi təsir göstərib. Nyu-Yorkun “La Guardia” hava limanının bütün girişləri bağlanıb, uçuşlar ləğv olunub. Əyalətdə fəaliyyət göstərən digər iki hava limanında isə fasilələrin yaşandığı bildirilib.

Hava proqnozuna görə, yağış şənbə gününə qədər davam edəcək. Bəzi yerlərdə 20 santimetrə çatacağı gözlənilən şiddətli yağış səbəbindən Nyu-York şəhərinin bəzi bölgələrində su daşqınlarının davam edəcəyi bildirilib./report

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv