!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nyu-Yorkda tarixi bina Türkiyə bayrağının rənglərinə boyandı - FOTO

!Reklam – Yazi

ABŞ-nin Nyu-York ştatında yerləşən “Empire State Building” binası Kahramanmaraşda baş verən zəlzələlər səbəbilə Türkiyə bayrağının rəngləri ilə işıqlandırılıb.

Yenicag.az xəbər verir ki, tarixi bina fevralın 6-da Türkiyədə baş verən təbii fəlakətdə həyatını itirənlərin xatirəsini yad etmək və sağ qalanlara dəstək olmaq məqsədilə qırmızı və ağ rənglərə boyanıb.

Bu barədə bina rəhbərliyi “Twitter” səhifəsində paylaşım edib.

“6 fevralda baş verən faciəvi zəlzələnin qurbanlarına dəstək olmaq üçün “Empire State” binası bu gecə qırmızı və ağ rənglərlə parlayacaq”, – deyə paylaşımda qeyd edilib. /Oxu.az/

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv