!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"O adam yenidən partiya başqanı olsa, nə edəcək? - SƏRT REAKSİYA

!Reklam – Yazi

“İsa Qəmbər hakimiyyət daxilindəki qruplarla anlaşıb, ona görə də başqanlığa gəlməsi realdır”.

Bunu İsa Qəmbərin aktiv siyasətə qayıdışı iddiaları və yenidən “Müsavat” başqanı olacağı ilə bağlı fikirlərin ortaya atılmasına münasibət bildirən Müasir Müsavat Partiyası sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Hafiz Hacıyev bildirib ki, İsa Qəmbər son vaxtlar çox aktivləşib və onun yenidən Müsavat Partiyasının başına keçməsi gözləniləndir:

“Son vaxtlar İsa Qəmbərin aktivləşməsi, tez-tez internet kanallarına müsahibə verməsi, müəyyən məsələlərə münasibət bildirməsi onun yenidən qayıdışından xəbər verir. Hələ onların fikrində başqa şeylər canlanır. İsa Qəmbərə qorxma-qorxma deyənlər var. İsa Qəmbər istər hakimiyyət daxili quruplar, istərsə də xaricdən müəyyən göstərişlər alıb və ona görə də bu məsələni reallaşdırmaq üzrədir. Düşünürəm ki, o yenidən Müsavat Partiyasının başına gələcək. Ona görə ki, Müsavat Partiyası o partiya deyil, o partiyanın üzvlərinin əksəriyyəti Müasir Müsavat Partiyasında cəmləşib.

İsa Qəmbərin geri qayıdışını real sayıram. Bu dəqiqə satqınların, yaltaqların bəxti açıqdır. Azərbaycan reallığında hər şey mümkündür. Hakimiyyət daxilində bəziləri İsa Qəmbərlə gizli görüşlər keçiriblər, o şəxslərin adını açıqlamaq istəmirəm. Lap hesab edək ki, gəldi, guya nə edəcək ki? Gəlmişdi də zamanında…”.

www.yenicag.az

396
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv