!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

O da prezidentliyə namizədlik üçün Trampa rəqib oldu

!Reklam – Yazi

ABŞ-də keçmiş vitse-prezidenti Mayk Pens (63) Respublikaçılar Partiyasının 2024-cü il prezidentliyə namizədlik yarışında Trampa qarşı mübarizə aparmaq üçün rəsmi müraciət etdiyini açıqlayıb.

Yenicag.az bildirir ki, Amerika mətbuatında əksini tapan xəbərə görə, Pens bu gün Ayova ştatında çıxış edərək kampaniyasına rəsmən başlayacaq. Keçmiş İndiana qubernatoru Pens deyib ki, Tramp 6 yanvar 2021-ci ildə demokrat Co Baydenin qalib gəldiyi seçkidən sonra ABŞ Konqresinin binasına hücum edən üsyançıları təşviq etməklə özünü və ailəsini təhlükəyə atıb.

Qeyd edək ki, ABŞ-də prezidentliyə namizədlik üçün Pens və Trampla yanaşı, Florida qubernatoru Ron DeSantis də daxil olmaqla, Respublikaçılar Partiyasından namizəd olmaq üçün daha altı şəxs mübarizə aparır.

 

www.yenicag.az

173
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv