“O günü gözləyirəm” – ATV-yə qayıdan Günayın ən böyük arzusu

Aparıcı Günay Yelmarqızı ATV kanalında işə başlayıb. O, hər həftənin bazar ertəsi “ATV Xəbər”i təqdim edəcək.

Yenicag.az-a açıqlama verən Günay təəssüratını bölüşüb:

“17 il canlı efirdə aparıcı olmuşam, bu iş mənim üçün yeni deyil. Aparıcılığı çox sevmişəm. 2003-cü ildə də ATV-də xəbər aparıcısı olmuşam, indi yenidən doğma məkana qayıdıram. Dünəndən izləyicilər fikirlərini yazıb, məni təbrik edir. Sevinirəm ki, tamaşaçı məni qəbul edir. Onların görmək istəmədiyi aparıcı deyiləm”.

O, ən böyük arzusunu da dilə gətirib:

“Doğulduğum torpaq işğal altındadır. Ən böyük arzum olub ki, ayaq açıb yeridiyim Ağdamda canlı efirə çıxım, torpaqlarımızın işğaldan azad olunduğunu elan edim. O günü gözləyirəm”.

Cəvahir

COP29