!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“O musiqilər efirlərdə tez-tez səslənməlidir ki, bayağı mahnılar...” - Xalq artisti

!Reklam – Yazi

“Emin Sabitoğlu Azərbaycan musiqisində elə bir iz qoyub ki, zaman-zaman adı yaşayacaq…”

Bunu bu gün xatirə günü olan məşhur bəstəkar Emin Sabitoğlu ilə balı fikirlərini bölüşərkən Xalq artisti Oqtay Rəcəbov Yenicag.az-a açıqlamasında deyib.

O. Rəcəbov Emin Sabitoğlu yaradıcılığının nəinki Azərbaycan musiqi tarixində, ümumilikdə mədəniyyətində böyük rolu olduğunu qeyd edib:

“Emin Sabitoğlu o bəstəkarlardandır ki, zaman keçsə də əsərləri unudulmur. Küçədə getdiyin zaman görürsən kimsə zümzümə edir, dinləyəndə görürsən ki, Eminin manılarıdır. “Alagözlüm”, “Bu gecə”, “Şükriyyə”, “Payız gəldi”, “Çiçək yağışı”, “Bağışla”, “Əlvida”, “Bəlkə”, “Bir axşam taksidən..”, “Gəncədən gəlirəm”, “Ağ çiçəyim”, “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada” – hansı birini deyim, indi hanı elə mahnılar? Təssüflər olsun ki, bu gün belə mahnılar yaranmır. 3 günlük 5 günlük bayağı mahnılarla musiqimizi inikşaf etdirmək olmaz. Televiziyalar elə bayağı mahnıları efirə verməkdənsə, Emin Sabitoğlu kimi məşhur bəstəkarların musiqiləri ilə xalqın zövqünü oxşamalı və gənclərin musiqi duyumunu inkişaf etdirməlidirlər”.

Bəstəkar yaradıcılıq yolunda ilk xeyir-duasını da Emin Sabitoğludan aldığını deyir:

“O vaxt Emin Sabitoğlu Moskva Konservatoriyasını bitirib Bakıya gəlmişdi. Həmin vaxt Asəf Zeynallı adına Musiqi Texnikumunda gənc bəstəkarların yetişdirilməsi üçün ayrıca kurs təşkil olunmuşdu. O kursa da rəhbərlik Emin müəllimə həvlə olundu. Mən də musiqinin sirlərini öyrənməyə gələn o gənclərdən biri idim. Emin müəllimin əlindən su içən bir gənc kimi ondan məsləhətlər də alırdım. Ondan nədən başlayacağımı soruşanda, mənə dedi ki, Oqtay sənin gözəl musiqi duyumun var, mahnı janrından başla. O, gözəl bətəkar olmaqla bərabər, həm də gözəl insan idi. Bu gün Emin Sabitoğlu ömrü musiqilərində davam edir”.

Bəstəkar E.Sabitoğlunun Azərbaycan kino tarixində də əvəzsiz rolu olduğunu xatırladı:

“Emin Sabitoğlunun kino musiqisinin də inkişafında böyük rolu var. Bütün dünyada belədir, sauntrek filmin məşhur olmasında və sevilməsində böyük rol oynayır. Emin Sabitoğlu milli kinomuzun şedevrləri sayılan məşhur filmlərimiz üçün sauntreklər yazıb. Onun “Bizim Cəbiş müəllim” “Gün keçdi”, “Ad günü”, “Dədə Qorqud”, “İstintaq”, “Atları yəhərləyin”, “Onun bəlalı sevgisi”, “Bəyin oğurlanması”, “Ölsəm bağışla”, “Təhminə”, “Özgə ömür”, “Həm ziyarət, həm ticarət” və digər filmlər üçün bəstələdiyi musiqilər o filmlərə can verib. Bu gün də dillər əzbəridir”.

Cəvahir

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv