!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“O partiyalar beş min üzv tələbini yerinə yetirə bilməyəcəklərinin fərqində olduqlarından...” – RƏY

!Reklam – Yazi

“Müşahidələrimizə əsasən deyə bilərəm ki, mövcud partiyalardan bir çoxu bu prosesə, ümumiyyətlə, başlamayıb”.

Bu fikirləri mövcud siyasi partiyaların müvafiq qanunvericiliyin yeni tələblərinə uyğunlaşmaq prosesini dəyərləndirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda yeni qanuna uyğunlaşmağa çalışan partiyalarda bu fəaliyyət müxtəlif templərdə davam edir.

“Əslində, bəzi partiyalar hətta yeni qanunun qəbul ediləcəyi və orada hansı tələblərin yer alacağı haqda məlumatlar ilk yayıldığı vaxtlardan bu işlərə başlamışdılar. O baxımdan, hazırda yeni qanuna uyğunlaşmağa çalışan partiyalarda bu fəaliyyət müxtəlif templərdə davam edir.

Bizə gəldikdə, Ədalət Partiyası üzvlərinin reyestrinin yenidən hazırlanması və qanundakı digər tələblərin yerinə yetirilməsi işlərinə nisbətən gec başlayıb. Bu da onunla əlaqədardır ki, bizdə üzvlərin dəqiq siyahısı hər zaman aparılıb və yenilənib. Ona görə də indi bu məsələdə elə bir çətinliyimiz yoxdur.

Eyni zamanda, üzvlərimizin sayı ilə bağlı da sıxıntımız yoxdur. Çünki Ədalət Partiyasının altmış rayon təşkilatı üzrə on beş mindən çox rəsmi üzvü qeydiyyatdadır. Partiyanın yenidən qeydiyyatdan keçməsi üçün tələb olunan üzv sayı isə beş min nəfərdir.

Müşahidələrimizə əsasən deyə bilərəm ki, mövcud partiyalardan bir çoxu bu prosesə, ümumiyyətlə, başlamayıb. O təşkilatların yəqin özləri də fərqindədirlər ki, ciddi strukturlaşmaları yoxdur və beş min üzv tələbini təmin edə bilməyəcəklər. Bu səbəbdən də qeyd olunan istiqamətdə fəaliyyətə ehtiyac görmürlər”.

A.Zeynalov

www.yenicag.az

294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv