“O silahları nə Rusiyaya, nə də Putinə görə alırıq…” – Azərbaycanlı polkovnik

“Rusiyadan silah almamalıyıq deyənlər, bunun üçün heç olmasa, tutarlı bir səbəb göstərsinlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin Azərbaycanla Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsinə dair fikirlərinə münasibət bildirən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ramaldanovun sözlərinə görə, Azərbaycanın Rusiyadan iri həcmdə silah-sursat alması obyektiv zərurətdən qaynaqlanır:

“Qeyd olunmalıdır ki, Azərbaycan alınmasına ehtiyac hiss etdiyi bütün növ silah və hərbi texnikanı əldə edir. Azərbaycan təkcə Rusiyadan yox, Belarus, İsrail, Türkiyə və digər ölkələrdən də silah alır. Ancaq Azərbaycanın əsas silah tərəfdaşı Rusiyadır. Konkret desək, Azərbaycanın arsenalındakı silah-sursatın 80 faizini Rusiyanın hərbi məhsulları təşkil edir.

Ümumiyyətlə, Azərbaycan ordusunun arsenalındakı əvvəl Sovet, indi isə Rusiya istehsalı olan silahlar zabitlər və şəxsi heyət üçün də kifayət qədər uyğunsur. Bu gün yeni nəsil hərbi mütəxəssislərimiz də məhz bu sistem əsasında yetişdirilir.

Nəzərə alınmalıdır ki, hazırda Rusiya hazırda dünyanın əsas silah ixracatçılarından biridir. Yəni, Azərbaycan malik olduğu silahları sıradan bir ölkədən almır. Bizim gələcək zabitlərimizin müəyyən qismi də Rusiyanın hərbi məktəblərində təhsil alırlar. Bütün bunlar Azərbayanla Rusiya arasında yaranmş dostluq münasibətləri sayısində mümkün olur.

Prezident İlham Əliyev də “Valday” formunda Rusiya ilə bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə Azərbaycanla əməkdaşlığının əhəmiyyətini xüsusi əhəmiyyətini vurğulayıb.

Rusiyadan silah almamalıyıq deyənlər, bunun üçün heç olmasa, tutarlı bir səbəb göstərsinlər. Əgər bunu Dağlıq Qarabağ məsələsinə görə deyirlərsə, işğal altındakı ərazilərimizi özümüz azad etməliyik. Bunu nə Rusiya, nə ABŞ, nə də Fransa etməli deyil.

Həmin görüşdə prezident İlham Əliyev bir daha Azərbaycanın mövqeyini ortaya qoydu. İlham Əliyev məlum nida işarəsi ilə həm ermənilərə, həm Rusiyaya, həm ATƏT-in Minsk qrupuna, həm də cəmiyyətimizə mesaj verdi ki, torpaqlarımızı işağldan azad edəcəyik.

Azərbaycan Rusiyadan silahı nə Putinə görə, nə də Rusiyaya görə almır. Azərbaycan Rusiyadan silahı keyfiyyətinə, lazımlılığına və Azərbaycana uyğun olduğuna görə alır. Digər ölkələrdən də silahları məhz bu amillərə görə alırıq”.

Səxavət Məmməd

COP29