!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“OBA”dan obamıza yaraşmayan RƏFTAR: “Bahalıq, bir yandan da müştəriyə sayqısızlıq..." – ŞİKAYƏT

!Reklam – Yazi

Alıcılar əksər marketlərdə qiymətlərin baha, müştəri xidmətinin isə sıfıra bərabər olmasından narazıdırlar. Bəzi şikayətçilər market işçiləri tərəfindən onlara kobud rəftar edildiyini bildirirlər. Daxil olan şikayətlərin birində vətəndaş “OBA” marketdən su alarkən işçilərin ona yardım etməsini istəyib, suların harada yerləşdiyini və alma şirəsinin olub-olmadığını soruşub. Sərt şəkildə “get özün bax, nə görürsənsə, olan onlardır” cavabını alıb. Bundan əlavə, həmin şəxs kassada aldığı suyun sellofan paketə qoyulmasını istəyib. Lakin ona yenə də kobudluqla “çörəklər olan yerdən birini götür, get” deyilib.

Müştəri ilə belə rəftar nə dərəcədə yol veriləndir? Market işçilərində müştəriyə qarşı bu aqressiyanı yaradan səbəb nədir?

“OBA” marketlər şəbəkəsindən Yenicag.az-a verilən açıqlamada məsələnin araşdırılacağı bildirilib:

“Marketlərimizdə ən azı 2-3 işçi fəaliyyət göstərir. Günortaya qədər 2, günortadan sonra isə 3 və daha çox əməkdaşımız çalışır. Ola bilsin ki, əməkdaşlarımızdan hansısa bir icazə alan, və ya işdən çıxan zaman şikayətçilər marketə yaxınlaşıb. Hər halda, biz istəmərik ki, müştərilərimiz bizdən narazı qalsın. Belə hallarla üzləşdikdə müştəri məmnuniyyətini təmin etməyən əməkdaşımızı işdən kənarlaşdırmaq məcburiyyətində qalırıq. Məsələni araşdırıb geri dönüş edəcəyik”.

Sadiq Cavadov

www.yenicag.az

403
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv