Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Obama İlham Əliyevi Amerikaya dəvət etdi

ilham-821ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi 2016-cı ildə Vaşinqtona keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib.

Bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, dəvət məktubu 3 dekabr 2015-ci ildə göndərilib. Prezident Obama məktubunda Azərbaycanın qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirdiyini qeyd edib. “Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcək”, – deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, IV Nüvə Təhlükəsizliyi Sammiti 31 mart – 1 apreldə Vaşinqtonda keçiriləcək.(APA)

www.yenicag.az

468