!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Obyektiv olaraq Qarabağı qaytarmaq olar, subyektiv olaraq İrəvanı itirə bilərik” – Erməni keşiş

!Reklam – Yazi

“Qarabağ bizim üçün əldən çıxıb, hakimiyyətə kim gəlirsə bu acı həqiqəti deməlidir”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının keşişi, arxiyepiskop Mikayel Acapaxyan deyib.

“Qarabağ bizim üçün əldən çıxıb, hakimiyyətə kim gəlirsə bu acı həqiqəti deməlidir.
Biz onu təhvil verdik, həqiqət buradan başlayır. Hakimiyyətə kim gəlirsə, bu acı həqiqəti deməlidir. Əks halda “gələcəyik, Qarabağı qaytaracağıq” desək, çox böyük səhv etmiş olarıq.
Bir daha deyirəm, obyektiv olaraq bu, mümkündür. Təkcə Qarabağ deyil, həm də Naxçıvan, Qars və Ərdahanı qaytara bilərik. Lakin siz öz subyektiv vəziyyətinizi nəzərə almalısınız. Subyektiv olaraq bu gün İrəvanı qorumaq məsələsi var”, – arxiyepiskop deyib.

Acapaxyan bildirib ki, hamı “müharibə” sözündən qorxur, amma başa düşmürlər ki, bu gün müharibə gedir, amma itkisiz müharibə.

“Biz ərazini veririk, qurban vermirik, bununla razıyıq. Amma bunun əksi olmalı idi: qurban verməliydik, amma ərazini verməməliydik.
Fikrimcə, müharibə qurbanlar deməkdir, bu, ən böyük aldatmadır. Müharibə itkilərdən asılı olmayaraq, ərazi ələ keçirmək, ərazini saxlamaq üçün aparılır”, – erməni keşiş bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv