Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ocaq Necat Azərbaycandan GETDİ: "Sağ buraxılıbsa, sevinsin" - Partiya sədrindən REAKSİYA

Reklam: High Technic

“Ocaq Necat Azərbaycan dövlətinə xəyanət edib”.

Bu fikirləri İranın ali dini rəhbəri Seyid Əli Xameneyinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaq Necatın ölkəmizi tərk etməsinə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Hafiz Hacıyev xalqımızın Ocaq Necat kimilərə dövlətimizin quruluşunu dəyişmələrinə imkan verməyəcəyini qeyd edib:

“Ocaq Necat Azərbaycan dövlətinə xəyanət edib. Ona görə də Azərbaycandan getməliydi. Biz mollalara imkan verə bilmərik ki, gəlib Azərbaycanın dövlət quruluşunu dəyişsinlər. Cəzasını almalıydı. Gərək həbs ediləydi, amma salamat buraxılıbsa, sevinsin. Onlar Azərbaycan dövlətinin içində, xalqımızın qarşısında duruş gətirə bilməzlər”.

Aqil Bəkir

www.yenicag.az

676
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100