!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Od çərşənbəsini rəmzləşdirən QƏDİM İNANCLAR: “Bəzi bölgələrdə üç, bəzilərində isə yeddi dəfə...”

!Reklam – Yazi

“Novruzun Od çərşənbəsi qədim türklərin müqəddəs saydığı çərşənbələrdən biri idi”.

Bu fikirləri Novruz bayramının Od çərşənbəsində riayət olunan adət-ənənələr haqda danışan folklorşünas İlhamə Qəsəbova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Od çərşənbəsinin rəmzi mənalarından biri yerin göy, Günəşin isə qaranlıq üzərində qələbəsidir:

“Novruz Bayramı ərəfəsində istiliyin, baharın gəlişini, Günəşin isinməsini, torpaqdan hənirtinin gəlməsini ifadə edən çərşənbəmiz od çərşənbəsidir. Bu baxımdan, Od çərşənbəsi adı ilə bağlı olaraq, hər ailədə od qalanmasına fikir verilir.

İnsanların düşüncəsinə görə, Od çərşənbəsində tonqalların evlərin giriş qapısına doğru qalanmasının rəmzi mənası mənfi ruhların, neqativ auraların evə daxil olmasını əngəlləməkdir.

Ümumiyyətlə, qədim türklər odu müqəddəs sayırdılar. Odun üzərindən hoppanan zaman hər bir kəsin ağırlığını, azarını oda söylədiyi məqam olur ki, həmin inanca görə, od bizim canımızda olan bütün ağrıları öz sinəsinə çəkərək yandırır.

Odun üzərindən bəzi bölgələrdə üç, bəzilərində isə yeddi dəfə hoppanırlar. Keçmişdə Od çərşənbəsində ev əhli, xüsusilə, xəstə olan ailə üzvləri tonqalın üzərindən hoppanardısa, bu, onlarda sağlam ruh və xəstəliyin aradan qaldırılması kim rəmz qazanırdı.

Od çərşənbəsinin digər rəmzi mənası yerin göy, Günəşin isə qaranlıq üzərində qələbəsi deməkdir. İnanca görə, dünyasını dəyişmiş əzizlərimizin ruhu od qalanan evə gələrək, evin nə qədər gur işıqlı olduğunu, tonqalların qalandığını görərsə, məmnun olar.

Novruzun Od çərşənbəsi qədim türklərin müqəddəs saydığı çərşənbələrdən biri idi. Qədim türklər bir yerdən başqa yerə köç etdikdə, qaladıqları ocağın külünü də özləri ilə apararaq, köçdükləri yerdə təkrar ocaq qalayardırlar.

Bu gün də insanlar bu ənənəni davam etdirərək, kənd yerlərində sac asıb çörək bişirirlər. Bu da həmin evin bərəkətli olması mənasına gəlir. Od çərşənbəsində insanlar ocaqda qazan aısrlar ki, süfrədən bolluq və bərəkət heç vaxt əskik olmasın”.

İsmayıl Bakuvi

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv