!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ödəniş terminalları telefonda: rəqəmsallaşmanın hansı üstünlükləri var?

!Reklam – Yazi

Günümüzdə rəqəmsallaşma həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Hər il daha çox istifadəçi mobil tətbiqlər və saytlar vasitəsilə onlayn rejimdə geyim, elektronika və ya yemək sifariş edir, konsertə, kinoteatra və ya təyyarəyə bilet alır, sənəd hazırlayır və ya etibarnamələr verir.

Bu tendensiyadan kənarda qalmayan sahələrdən biri də ödənişlərdir. İnsanlar MilliÖn, eManat və ya ExpressPay kimi ödəniş terminallarından istifadə etmək əvəzinə, telefonla ödəniş etməyə imkan verən tətbiqlərə keçid edir. Səbəb kimi bir sıra mühüm üstünlükləri göstərmək olar:

Rahatlıq və əlçatanlıq
Mobil tətbiq və ya onlayn servislər vasitəsilə istənilən vaxt və istənilən yerdə ödəniş etmək mümkündür. İstifadəçilər evdən, ofisdən çıxmadan smartfon və ya kompüterlərindən istifadə edərək ödəniş edə bilərlər ki, bu da vaxta və enerjiyə qənaət deməkdir.

Təhlükəsizlik və məlumatların qorunması

Müasir ödəniş tətbiqləri şəxsi məlumatların və əməliyyatların təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Bu özəlliklərə biometrik üsullarla giriş, şifrələmə, iki faktorlu identifikasiya və digər təhlükəsizlik vasitələrini misal çəkmək olar.

Avtomatlaşdırma imkanları
İstifadəçilər tətbiqlərdə avtomatik ödənişlər yarada və ya yaxınlaşan ödənişlər barədə bildirişlər ala bilir ki, bu da büdcəni idarə etməyi asanlaşdırır və gecikmələrin qarşısını almağa imkan verir.

Sözsüz ki, bütün bu üstünlükləri ödəniş sistemləri bazarının liderləri də anlayır və müasir tələblərlə ayaqlaşmağa çalışır. Məsələn, ExpressPay terminallarının xidmətlərindən həm expresspay.az saytında, həm də ExpressPay tətbiqində yararlanmaq mümkündür. MilliÖN ödənişlərini million.az ünvanında və artıq PashaPay şirkətinin m10 tətbiqində edə bilərsiniz. Üstəlik, m10 ilə edilən hər ödənişə görə keşbek nəzərdə tutulub.

Belə nümunələr günü-gündən artır və şübhəsiz ki, artacaq. Çünki gələcək artıq başlayıb.

www.yenicag.az

930
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv