!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ödənişli yolda qəza oldu - Ölən və yaralılar var

!Reklam – Yazi

Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən avtoqəza baş verib.

Yenicag.az xəbər verir ki, “BMW” markalı minik avtomobili yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Bakı şəhər sakini Cəfər Həsənov hadisə yerində aldığı xəsarətlərdən ölüb.

Daha iki nəfər, Bakı şəhər sakinləri 2003-cü il təvəllüdlü Nərmin Elnur qızı Təhməzova və 2002-ci il təvəllüdlü Emin Sərdar oğlu Xudiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

C.Həsənovun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./unikal

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv