!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ödənişli yolda qəza: TIR fəhləni vurub öldürdü

!Reklam – Yazi

Qusar rayonunda yük avtomobili yolda işləyən fəhləni vurub.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Qusar rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, həmin ərazidə elektrik xətlərində təmir işləri aparan Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Şakir Sadıq oğlu Abdullayevi TIR vurub. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv