!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ödənişli yollarda artan “UCUZ” QƏZALAR: “Qaydalara əməl etmək şərtilə sürətli və komfortlu...”

!Reklam – Yazi

“Sürücülük vəsiqəsi alan şəxslərin hansı bilik və təcrübələrə malik olmalarının yenidən yoxlanmasına ehtiyac var”.

Bu fikirləri ödənişli yollarda son həftələrdə baş verən qəzaların artmasının səbəbləri haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Yenicag.az-a açıqlamasında deyib.

 

Onun sözlərinə görə, ödənişli yollarda çoxsaylı qəzaların baş verməsi sürücülərin məsuliyyətsiz davranışlarının nəticəsidir:

“Baş verən qəzaların əksəriyyətinin yüksək sürət üzündən baş verdiyini düşünürəm. Son qəzalardan birini əks etdirən kadrları izləyəndə, yolun əks istiqamətində hərəkətin olduğunu müşahidə edirik. Bu da ciddi sual doğuran məsələdir. Baş verən hadisələr vərdişlərin yanlış formalaşmasından və digər yollarda buraxılan səhvlərin ödənişli magistral yolda hansı fəsadlara səbəb olacağının anlaşılmamasından irəli gəlir.

Sürətli yol tikintisi təcrübəsinin Azərbaycanda son 16 ilin yeniliyi olmasına baxmayaraq, praktika istədiyimiz səviyyədə deyil. Vətəndaşların təcrübə toplaması üçün Zığ qəsəbəsində müasir treninq mərkəzi inşa olunub. Sürücülər bu məkana gedərək, həm təlim ala, həm də öz istəyinə uyğun manevr bacarıqlarını peşəkar səviyyədə artıra bilər.

Ümumiyyətlə, sürücülük vəsiqəsi alan şəxslərin hansı bilik və təcrübələrə malik olmalarının yenidən yoxlanmasına ehtiyac var. Qəzaların intensivləşməsi son illərdə qeyri-peşəkar sürücülərin sayının artdığının göstəricisidir.

Düşünürəm ki, sürücülük vəsiqələrinin verilməsinə ciddi nəzarət olunmalı və bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır. Ödənişli yol müasir standartlara və sürət parametrlərinə uyğun salınıb. Azərbaycanda qoyulan maksimal sürət – saatda 110 kilometr – kifayət qədər yüksəkdir. Qaydalara əməl etmək şərtilə ödənişli yolda sürətli və komfortlu səfər etmək mümkündür”.

İsmayıl Bakuvi

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv