!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Ödənişsiz xidmətin pullu ARAYIŞI: "Təyin olunmuş qiymətin mənası..." - Tibbi ekspert

!Reklam – Yazi

Azərbaycanda poliklinikalarda sağlamlıq haqqında standart arayış üçün 40 manat tələb olunur. Bu məbləğ isə İcbari Tibbi Sığorta tərəfindən təyin olunub. Sağlamlıq haqqında arayış üçün müəyyən olunan məbləğə isə yanaşma birmənalı deyil. Əksər vətəndaşlara görə, bu məbləğ aztəminatlı ailələr üçün əlavə xərcə düşməkdir.

Mövzu ilə bağlı tibbi ekspert Rasif Bağırov Yenicag.az-a açıqlamasında bildirib ki, sağlamlıq haqqında standart arayışa görə ödənişin tələb olunması heç bir məntiqə sığmır:

“Ümumiyyətlə, icbari tibbi sığorta zamanı sağlamlıq haqqında arayışın verilməsi üçün təyin olunmuş qiymətin mənasını başa düşmək çətindir. Əgər insan müalicə və müayinəsi üçün icbari tibbi sığortaya ödəniş edirsə, sağlamlıq haqqında arayışa əlavə olaraq nəyə görə 40 manat ödəniş etməlidir?! İkincisi, sağlamlıq haqqında arayış alanda vətəndaş bütün analizlərdən və həkimlərin qəbulundan keçir. Bu prosedur adi həkim baxışı ilə eynidir. Yeganə fərq sonda vətəndaşa praktiki sağlam olub-olmaması ilə bağlı kağızın verilməsidir. Bu kağıza görə 40 manatın ödənməsinin mənası nədir?! Sağlamlıq haqqında standart arayış icbari tibbi sığortanın tərkibində verilməlidir. Tibbi sığorta prosesinin mahiyyəti odur ki, xəstələrdən pul alınmasın, müayinə və müalicə üsulları asanlaşdırılsın, vətəndaşların maliyyə problemlərinə səbəb olmasın. Sağlamlıq haqqında standart arayış üçün ödəniş tələb edilməməlidir. Əvvəllər kimsə arayışa görə rüşvət verə bilərdi, amma qanunla pul tələbi yox idi. Hələ 90-cı illərdə də sağlamlıq haqqında arayışa görə heç bir poliklinkada pul tələb olunmurdu. Bu gün isə ödəniş tələb edilməsi doğru deyil”.

Gülşən Şərif

www.yenicag.az

251
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv