!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ödənməyən cərimələrin ləğvi İSTƏYİ: Məhkəmə qaydasında uğur əldə etmək mümkündür? - Hüquqşünas RƏYİ

!Reklam – Yazi

Son günlər maskadan istifadə qaydalarının pozulmasına görə vətəndaşlara tətbiq edilmiş inzibati cərimələrin ləğvi zərurəti ilə bağlı fikirlər artmaqdadır. Bu cərimələrin sosial vəziyyəti aşağı olan vətəndaşlar üçün əlavə yük olduğu və ləğvinin vacibliyi qeyd edilir. Hətta bəzi vətəndaşların Cinayət Məcəlləsinin 139-1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi halları da var.

Mövzu ilə bağlı Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında bildirib ki, dünya təcrübəsində maskadan istifadə qaydalarına görə yazılan cərimələrin silinməsi praktikası mövcuddur, sadəcə hər bir ölkənin daxili hüququ var:

“Azərbaycan qanunvericiliyinə görə, ölkə ərazisində baş verən hər hansısa qayda pozuntusu qanun çərçivəsində tənzimlənir. Tibbi maskaların məcburi taxılması ilə bağlı qərar qəbul olunan vaxtlarda qaydanı pozan əksər şəxslər məsuliyyətə cəlb olunmuşdu. Həmin insanlar hələ də cəriməni ödəməyiblər. Mayın 1-dən etibarən maskadan istifadənin aradan qaldırılması fonunda cərimələrin ləğvi ilə bağlı məhkəmə qaydasında deyil, ölkə səviyyəsində qərar qəbul oluna bilər. Bu məsələdə məhkəmə qaydasında uğur əldə etmək mümkün olmayacaq. Çünki inzibati pozuntulara yol verilən zaman həmin şəxslər ölkə qanunvericiliyinə uyğun olaraq cərimələniblər. Əgər ödənməmiş cərimələrin silinməsi ilə bağlı dövlət tərəfindən qərar qəbul olunarsa, bu hər kəsə şamil olunacaq. Sadəcə ödənməmiş cərimələrin ləğvi zamanında cəriməsini ödəyən vətəndaşların hüquqlarının pozulmasına yol açacaq. Çünki burada bərabərlik hüququ pozulur”.

Gülşən Şərif

www.yenicag.az

1632
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv