!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Odessada azərbaycanlılar atəşə tutuldu - Ölənlər var 

!Reklam – Yazi

Ukraynanın Odessa şəhərindən 60 kilometr aralıda diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutub.

Yenicag.az xəbər verir ki, bu barədə “Birlik” Odessa diaspor təşkilatının üzvü Anar Ağazadə “Facebook” hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər həlak olub.

“Sərhəd qoşunları hərbçilərinin formasında diversiya qrupu olduğu ehtimal edilən silahlılar 7-8 maşından ibarət, əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın kolonunu tanınmamış Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləboran edib.

Hadisə şahidlərinin dediyinə görə, 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!” – paylaşımda deyilir.

 

 

www.yenicag.az

1030
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv