!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Odlu silah İCAZƏSİ: “Bundan sonra düşmənlər bizə hücum etməzdən əvvəl...” – Müdafiə naziri

!Reklam – Yazi

“Müharibədə məğlub olduqdan sonra Rusiya mütləq qisas haqqında fikirləşəcək”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri ölkədə odlu silaha malik olma icazəsi qaydalarının dəyişdirilməsinin vacibliyini önə çəkən Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

Onun sözlərinə görə, bu icazə qaydaları yüngülləşdirildikdən sonra oldu silah həvəsində olan hər kəs xüsusi psixiatr yoxlanışından keçəcək:

“Hər bir ukraynalı yeniyetməlik dövründən odlu silahın nə olduğunu və onunla necə davranıldığını bilməlidir.

Bundan sonra ölkəmizə hücum etmək istəyən düşmən bizim gənclərin silahlı olduğunu bildikdə, on dəfə fikirləşməli olacaq.

Digər tərəfdən, Rusiya məğlub olduqdan sonra revanş barəsində fikirləşəcək. Ona görə də mümkün növbəti hərbi müdaxilənin qarşısını almaq üçün güclü təhlükəsizlik və müdafiə sektoru yaradılmalıdır. Lap İsveçrədə olduğu kimi”.

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv