!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oftalmologiyada YENİLİK - Femto Lasık... Eynəklərə ömürlük “əlvida” 

!Reklam – Yazi

Hər gün dəyişən, durmadan yenilənən innovativ texnologiyalar əsrində oftalmologiya da bir yerdə durmur, inkişaf edir. Əsas odur ki, bu yeniliklər ölkəmizdə də tətbiq olunur. Yəni daha hansısa əməliyyat üçün xaricə getməyə ehtiyac yoxdur.

Bu gün Amerikada tətbiq olunan ən ciddi əməliyyatlar belə Azərbaycanda da həyata keçirilir, özü də yüksək səviyyədə… Belə əməliyyatlardan biri də Femto Lasıkdır. Bu, nədir? Kimlərə tətbiq oluna bilər? Tanınmış cərrah-oftalmoloq Günay Əliyeva aydınlıq gətirir:

“Bu gün hər kəsin arzusu eynəkdən azad olunmaqdır. Bunun üçün də əməliyyat olumaq istəyən yüzlərlə insan var. Bəs eynəkdən azad olunmaq üçün hər kəs ekzimer lazer əməliyyatı oluna bilərmi? Əlbəttə ki, yox. Ekzimer lazer hər kəsə tətbiq olunacaq üsul deyil. Çünki onun əks göstərişləri var. Biz həmişə çalışırıq ki, insanlar yaxşı görsünlər. Yəni bir müddət yaxşı görən gözlər sonradan zəifləməsin. Ekzimer lazer əməliyyatında yeni Femto Lasık üsulu var ki, biz bu gün bunu böyük uğurla tətbiq edirik. Yəni bu üsulu tətbiq edən həkimlər indiyə qədər Amerikada vardısa, bundan sonra pasiyentlərin Amerikaya getməsi lazım deyil. Mən öz pasiyentlərimə əminliklə deyirəm ki, bu gün Femto Lasık üsulunu elə Amerikadakı həkimlər kimi həyata keçiririk. Bu üsul daha çox buynuz qişası nazik olan pasiyentlərdə, astiqmatizm silindri yüksək olan insanlarda, dikləşməsi olan, fəsada meyilli gözü olan xəstələrə tətbiq olunur. Bu üsulun özəlliyi odur ki, problemli yeri “intralase” yəni bıçaqsız lazer kəsir və ekzimer lazerlə də gözün üst hissəsini cilalayırıq. Ağrılı prosesdirmi? Xeyr. Yerli keyitmə ilə, tamamilə ağrısız həyata keçirilir. Cəmi 5-6 dəqiqə çəkən əməliyyatdan sonra pasiyent durub evinə gedir və ömürlük olaraq gözəl görür. Amma bir nüansı mütləq qeyd edim ki, əməliyyatdan sonra bir müddət gün eynəyi taxmaq lazımdır.

www.yenicag.az

347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv