!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Oğlumu zorla evləndirəcəyəm" - Könül Kərimova

!Reklam – Yazi

“Əlim göydədir ki, oğlum Rəşad tez evlənsin. Kaş gerçək sevgidən oxuyaydı. 31 yaşı var, amma hələ də evlənmək istəmir. Deyir, qismət. Onu bu il özüm zorla da olsa evləndirəcəyəm. Özünün xəbəri yoxdur”.

Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova “El canlı” verilişində deyib. Proqrama oğlu Rəşad Kərimovla qatılan müğənni onu evləndirmək arzusundan danışıb. O bildirib ki, oğlundan xəbərsiz ona nişan edəcək.

Rəşad da anasından şikayət edib. O bildirib ki, anasına göstərdiyi qızları bəyənmir:

“Anam qız axtarışındadır. Mənim isə bundan xəbərim yoxdur. İki gündən bir mənə qızların şəkillərini göndərir. Evlənmək üçün qız seçimində anam məndən betərdir. Hər qızı bəyənmir”./axşam.az/

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv