Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Oğlunun faciəli ölümündən sarsılan xalq artisti: "Yaşadığıma görə xəcalət çəkirəm

“Bu gün 75 yaşımı da tamamladım, amma oğlum Samir 32 yaşına çata bilmədi. Bu qədər yaşadığıma görə xəcalət çəkirəm, elə bilirəm ona xəyanət etmişəm”.

Yenicag.az-a açıqlama verən xalq artisti, tanınmış aktyor Elxan Qasımov mərhum oğluna görə doğum gününü qeyd etmədiyini deyib.

O, avtoqəzada vaxtsız həyatını itirən oğlu, mərhum rejissor Samir Qasımovu yad edərək kövrəlib:

“Tanıyanlar bilir, Samirin faciəli ölümündən sonra doğum günlərimi qeyd etmirəm. O yara heç vaxt qaysaq bağlamayıb, həmişə ağrıyır. Belə bir deyim var ki, Allah düşmənimə də göstərməsin. Mən də deyirəm, Allah düşmənimə də oğul itkisi göstərməsin, ağır dərddir. Mən onun çiynində məzara getməliydim, əksinə oldu”.

Aktyor onu təbrik edənlərin sırasında “Şofer Əhmədi”n də olduğunu bildirib:

“Məni yaşadan həm də obrazlarımdır. “Əhməd haradadır” filmində Şofer Əhmədi oynayanda cavan oğlan idim, indi o şofer də yaşlanıb. Amma məni cavan oğlan kimi təbrik etdi. Ona minnətdaram ki, məni milyonlarla insana sevdirdi”.

Cəvahir

www.yenicag.az

8140