!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Oğlunun faciəli ölümünə dözməyən məşhur son görüşümüzdə dedi ki…” - Tanınmış diktor

!Reklam – Yazi

“Onun səsi indi də qulaqlardadır. Bütün Azərbaycan onu sevirdi. Heyif ki, ağır xəstəlik onu bizdən vaxtsız alıb apardı…”

Bunu bu gün anım günü olan məşhur Xalq artisti Rafiq Hüseynovla bağlı xatirələrini bölüşərkən tanınmış diktor Xalidə Gözəl Yenicag.az-a açıqlamasında deyib.

“Rafiq o vaxtlar Azərbaycan Televiziyasında baş diktor vəzifəsini icra edirdi. Xanımlarla o qədər nəzakətlə davranırdı ki, onda olan kubarlığa, mədəniyyətə heyran qalırdıq. Zarafatcıl, deyib-gülən insan idi. Amma həyatında yaşadığı bir faciə onun bütün ömrünü puç etdi. Oğlunun faciəli ölümündən sonra Rafiq büsbütün dəyişdi. Övladı ilə bərabər öldü. İllər keçsə də, Rafiqin qəlbinə vurulan o yara sağalmadı, heç vaxt qaysaq bağlamadı. Hərtərəfli şəxsiyyət idi. Həm insan, həm də peşəkar diktor kimi hər kəsin sevimlisi idi. Mükəmməl diksiyaya malik idi. Hanı indi elə səsli, elə savadlı diktorlar? Yoxdur. Rafiq bir məktəb idi, ondan çox şey öyrənmək olardı. Amm amansız xəstəlik buna imkan vermədi. Ağır xəstə olduğu vaxtlarda belə dostlarını yaddan çıxarmırdı. Həyat yoldaşım, məşhur diktor Davud Əhmədov dünyasını dəyişəndə bizə gəldi. Çox pis olmuşdu, dostunun, həmkarının itkisi onu sarsıtmışdı. Yas yerindən aralananda mənə dedi ki, Xalidə, bu məclisin biri sabah-birigün məni də gözləyir, növbə mənimdir. Ağladım, dedim ki, ay Rafiq nə danışırsan?! Allah sənə can sağlığı versin. Kövrələrək ayrıldıq. Dünyadan köçəcəyi ürəyinə danmışdı. Ölümü bizi çox sarsıtdı. Bu gün efirdə onun yeri görünür. Rafiq Hüseynov bir nümunə idi”.

Cəvahir

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv