Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Oğlunun yasını verməyə pul tapmayan mərhum xalq artisti ilə bağlı ürəkparçalayan GİZLİNLƏR

Xalq artisti, tanınmış aktrisa Səidə Quliyeva mərhum həmkarı Nuriyyə Əhmədova ilə bağlı ürəkparçalayan fakt açıqlayıb.

 

Yenicag.az xəbər verir ki, o, mərhum xalq artistinin oğlunun yasını vermək üçün pulu olmadığını bildirib:

“Heç vaxt o dəhşət gözümün önündən getmir. Həmidə Ömərova yas mərasimində məni qırağa çəkib dedi ki, Nuriyyənin yas verməyə pulu yoxdur. Pul yığdıq və bacısına verdik ki, məclisi yola versinlər.

Ananın doğma balasının yasını verməyə pulu olmaması dəhşətdir.İnsan öz taleyini özü qurur. Allah insana üç dəfə şans verir. O şansı tutdunsa, tutdun, tutmadınsa, həyat səni sıxacaq, əziyyət verəcək. Allah Nuriyyəyə də o şansı vermişdi, amma görünür ki, o, bu şansları tuta bilmədi”.

Qeyd edək ki, mərhum aktrisanın yeganə qızı həyat yoldaşı tərəfindən faciəli şəkildə qətlə yetirilib, bir oğlu isə xəstəlikdən dünyasını dəyişib.

Səidə Quliyeva bu faktı ARB-nin “Səhər-səhər” verilişində açıqlayıb.

Nehru

www.yenicag.az

2782