!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğul itkisindən beli bükülsə də, əcəl atını ayaqüstə qarşıladı - Həsən Turabovun anım gününə

!Reklam – Yazi

Yaratdığı obrazları da özünə bənzəyirdi; əzəmətli, mərdanə, şax duruşlu… Elə buna görə də həm şəxsiyyət kimi sevilirdi, həm də aktyor kimi…

Söhbət mərhum aktyor, Xalq artisti Həsənağa Turabovdan gedir. Bu gün sevilən aktyorun xatirə günüdür. Yoxluğuyla bizi 20 illik zaman kəsiyi ayırır. Amma yox, sənətkarlar ölmür. Mərhum xalq artisti Yaşar Nurinin dediyi kimi, aktyorlar iki ömür yaşayır. Allahın onlara bəxş etdiyi ömür, bir də ölümündən sonra obrazları ilə davam edən sənət ömrü. Həsənağa Turabov da bu gün milli kino və teatrımızda yaratdığı ölməz obrazlar qalereyası ilə öz ömrünü davam etdirir.

Bütün obrazları möhtəşəm, bütün yaratdıqları şahanədir. Yaddaşlarda daha çox Gəray bəy kimi qalsa da, ən çox sevdiyi obrazı “Dantenin yubileyi” filmindəki Kəbirlinski obrazı idi. Yaşlı teatr aktyorunun ömür yolundan bəhs edən həmin filmdə, kim bilir, Turabov bəlkə də Kəbirlinski obrazının arxasında elə özünü görürdü.

Aktyor kimi xoşbəxt sənətkar, ailə başçısı kimi də xoşbəxt insan idi. Ta o zamana kimi ki, bu xoşbəxt ailə tablosu fələyin qəfil dönən çərxindən sonra param-parça oldu. Ömrünün ən xoşbəxt anlarında taleyində əcəl zəngi çalındı, canından artıq sevdiyi oğul övladını itirdi. Bu ağır itkidən beli bükülsə də, əcəl atını elə ayaqüstə qarşıladı. Son nəfəsində belə divardan tutaraq ayağa qalxdı, onu o biri dünyada səbirsizliklə gözləyən göz bəbəyinin yanına mərd-mərdanə yollandı.

Bu gün də yaddaşımızda sevilən aktyor, ləyaqətli insan, sözün əsl mənasında sənətkar kimi qalıb Həsən Turabov. Nə qədər ki, milli kinomuz yaşayır, Turabov da yaşayacaq.

Cəvahir

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv