!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğurlanan erməni siyasətçidən XƏBƏR VAR - FOTO

!Reklam – Yazi

 

Bir neçə gün əvvəl oğurlanmış erməni siyasətçi başqa ölkədən sığınacaq istəyib.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistanı tərk edən İrəvan Ağsaqqallar Şurasının “Ana Ermənistan” fraksiyasının üzvü Narine Ayrapetyan (Nare Sosen) başqa bir ölkədən sığınacaq istəyib.

Bu barədə Ayrapetyan videomüraciətində məlumat verib.

“Məni Armen Qriqoryanın taleyi gözlədiyi üçün Ermənistanı tərk etməyə məcbur oldum”, – o deyib.
Onun sözlərinə görə, o, Ermənistanı tərk edib başqa ölkədən siyasi sığınacaq istəməli olub.

Xatırladaq ki, İrəvan Ağsaqqallar Şurasının nümayəndəsi Nare Ayrapetyan Ermənistanda yoxa çıxıb.
Polisə onun itkin düşməsi barədə məlumat daxil olub. “Ana Ermənistan” blokunun fraksiyasının rəhbəri Manuk Sukiasyan fraksiya üzvü Nare Ayrapetyanın oğurlandığını bildirib.

Onun sözlərinə görə, qaçırılan qadına qarşı müəyyən tələblər irəli sürülüb, onun ictimai-siyasi fəaliyyəti ilə bağlı xəbərdarlıq edilib.

Ermənistan İstintaq Komitəsi cinayət işi açıb.

Xuraman Etibarlı

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv