!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğuzda 9 və 10 yaşlı qızlara qarşı seksual hərəkətlər edən 70 yaşlı kişiyə bu cəza verildi

!Reklam – Yazi

Oğuz rayonunda qohumunun 9 və 10 yaşlı iki qızına qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edilən şəxsə hökm oxunub.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində Ağdaş rayon sakini olan 70 yaşlı Süleyman Hüsüyev (şərti) Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri – 14 yaşına çatmayan şəxsə qarşı) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə bildirilib ki, bir neçə ay əvvəl S.Hüsüyev yas məclisi ilə əlaqədar Ağdaşdan Oğuzun kəndlərindən birinə gedib və qohumlarına məxsus evdə bir neçə gün qonaq qalıb. Bu müddət ərzində 70 yaşlı kişi ev sahibinin 2013 və 2014-cü il təvəllüdlü qızlarına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Hadisənin üstünün açılmasından sonra uşaqların valideynləri polisə müraciət edib və cinayət işi başlanılıb. Məhkəmədə S.Hüsüyev törətdiyi əməli etiraf edib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin 9 yanvar tarixli hökmü ilə təqsirləndirilən şəxsə 11 il həbs cəzası verilib. Onun cəzasını ciddi rejimli müssəsisədə çəkəcəyi qeyd edilib.

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv