!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğuzda arvadını döyərək öldürən şəxs saxlanıldı

!Reklam – Yazi

Oğuzda arvadını döyərək öldürməkdə təqsirləndirilən Vaqif Muştaqova hökm oxunub və o, 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Yenicag.az xəbər verir ki, bu barədə hökm Şəki Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabrın 21-də Oğuz rayonunun Böyük Söyüdlü kəndində qeydə alınıb.

Belə ki, 1958-ci təvəllüdlü V.Muştaqov şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı həyat yoldaşı, 1957-ci il təvəllüdlü Gülgəz Muştaqovanın bədəninin müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirib. Nəticədə qadın almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

V.Muştaqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

www.yenicag.az

412
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv