!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Oğuzda ət satışı məntəqəsində nöqsanlar aşkarlandı - FOTO

!Reklam – Yazi

Oğuzda fəaliyyət göstərən ət satışı məntəqəsində nöqsanlar aşkar olunub.

Bu barədə Yenicag.az-a Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Oğuz şəhəri, H.Əliyev prospekti, ev 9 ünvanında fəaliyyət göstərən fiziki şəxs Salmanov Saleh Valeh oğluna məxsus ət satışı məntəqəsində planlı yoxlama aparılıb. Yoxlama zamanı məntəqənin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, sanitar-gigiyenik qaydalara əməl edilmədiyi aşkar olunub.

Aşkarlanan nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazid fəaliyyətdən yayınmağa çağırır.

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv