!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğuzda yoxlamalar: Sürücülər barədə inzibati tənbeh tədbiri görüldü

!Reklam – Yazi

Oğuzda atmosferə normadan artıq tullantı ixrac edən avtomobillərin sürücüləri barəsində qanunamüvafiq tədbir görülüb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirib ki, Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbir keçirib.

Tədbir zamanı yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələrindən atmosferə ixrac edilən zərərli qazların miqdarı xüsusi cihaz vasitəsilə yoxlanılıb. Standartlara uyğun olmayan avtomobillərin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb və avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının vacibliyi onlara izah edilib. Ətraf mühitə atılan tullantılarda müəyyənləşdirilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin sürücüləri barədə inzibati tənbeh tədbiri görülüb.

www.yenicag.az

269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv