!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Öhdəliklərini gözardı edən QURUMLAR: "BNA-nın fəaliyyəti tələbatı ödəmir" - Tükənməyən tıxac problemindən ÇIXIŞ YOLU

!Reklam – Yazi

“Tıxac probleminin və sərnişin sıxlığının qarşısını almaq üçün Bakıətrafında yerləşən kənd və qəsəbələrə gedən yollar genişləndirilməlidir”.

Bu sözləri paytaxt Bakının uzun müddətdir həllini tapa bilməyən tıxac probleminə münasibət bildirən nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, müvafiq qurumların birgə əməkdaşlığının olmaması və laqeydliyi tıxac problemini həll etməyə imkan vermir:

“Artıq tıxac problemi insanların həyat tərzinə çevrilib. Bu problemin aradan qaldırılması üçün bir neçə dövlət qurumunun ortaq iş görməsinə ehtiyac var. Bakının konseptual inkişaf sxeminə əsasən, paytaxt genişlənməyə imkan verilməyən bir şəhərdir. Yəni Bakının investisiya qoyuluşunda dövlət dəfələrlə yatırım etsə də, bu sadəcə körpü tikilməsindən, yeni metro xətlərinin çəkilməsindən ibarət olub. Lakin bu işlər tələbatı ödəmir. Çünki şəhərin coğrafi möqveyi ilə qəbul olunan qərarlar uyğunluq təşkil etmir. Tıxac probleminin və sərnişin sıxlığının qarşısını almaq üçün Bakıətrafında yerləşən kənd və qəsəbələrə gedən yollar genişləndirilməlidir. Eyni zamanda marşrut sistemində yenilik etmək və xəttə əlavə avtobusların çıxarılması olduqca vacibdir. Elə kənd və qəsəbələr var ki, həmin ərazilərə işləyən avtobusların sayı kifayət qədər azdır. Eyni zamanda qəsəbədaxili marşrutlar xəttə buraxılmalıdır. Müvafiq qurumların əlaqəli və sıx əməkdaşlığının olmaması tıxac probleminin həllinə mane olur. Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti tələbatı ödəmir. Çünki yeniliklərə daha çevik cavab verilmir. Problemlərin qarşısını almaq üçün daha innovativ yanaşmalara ehtiyac var”.

Gülşən Şərif

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv