!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Olduğu kimi görünməyən, göründüyü kimi də olmayan dövlətlərin sığalına möhtac Ermənistan — ŞƏRH

!Reklam – Yazi

“Laçında baş verən proseslər bizim daxili işimizdir. Bunu bütün dövlətlər başa düşür. Sadəcə bəzən ermənilərin başını da sığallamaqdan yan keçmək istəmirlər”.

Bunu Laçın-Xankəndi yolunun üzərində sərhəd-buraxılış məntəqəsinin yaradılmasına dünya ölkələrinin reaksiyası haqqında danışan “Cümhuriyət” qəzeti və “Cebhe.info” xəbər portalının rəhbəri, politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın suveren ərazilərində istənilən addımı atması beynəlxalq hüquqla tənzimlənir:

“Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın daxili işidir. ABŞ, Rusiya və Fransa müxtəlif səviyyələrdə bu məsələ ilə bağlı bəyanatlar səsələndirdi, amma bu heç nəyi dəyişmək gücündə deyil. Ancaq bəyanatdır və söz olaraq da qalacaq. Ermənistan da bunu başa düşür. Çünki bütün bu işlər Ermənistanın geri çəkilməsi və ya sülh şərtləri ilə baş verməyib. Azərbaycan iradə və güc hesabına beynəlxalq hüququn və ölkə konstitusiyasının verdiyi hüquqlardan yararlanaraq bu addımları atır. Hər hansı etiraz bizi bu hüquqdan məhrum edə bilməz. Ona görə də ABŞ və Ermənistanı açıq müdafiə edən digər ölkələr müəyyən mənada susurlar.

Azərbaycan öz sərhədlərini, təbii ki, özü qorumalıdır və atılan bu addım da tarixi bir addımdır. Azərbaycanın suveren ərazisinə daxil olan hər bir şəxs, yük bizim nəzarətimiz altında ərazimizə daxil olmalıdır. Bunu, əslində, ABŞ də, digər dövlətlər də başa düşür. ABŞ Tramp prezident olanda Meksika ilə sərhəddə divar tikmək istəyirdi. O sərhədləri kim qoruyur? Kimsə sərhəddə divar çəkə bilər, biz sərhəd-buraxılış məntəqəsi qura bilmərik? Bu da bizim daxili işimizdir. Bunu bütün dövlətlər başa düşür. Sadəcə bəzən ermənilərin başını da sığallamaqdan yan keçmək istəmirlər.

İranın isə bu məsələdə susqunluğu özünü guya başqa ölkənin daxil işinə qarışmamaq kimi göstərmək oyunudur. Zəngəzur dəhlizi bəs kimin işidir? İranın işidir ki, ona müdaxilə edir? Təbii ki, İran məkrlidir, amma məkrini gizlədir və özünü bu məsələdə guya beynəlxalq hüquqa hörmət və sayğı duyan ölkə kimi göstərmək istəyir. Beynəlxalq hüquqa, imzalanmış sənədlərə hörmət və sayğı göstərən ölkə 10 noyabr üçtərəfli bəyanatına da sayğı göstərməlidir. Hesab edirəm ki, indiki situasiyada sadəcə özünü elə aparır.

Digər tərəfdən, İran Azərbaycanla bütün körpüləri yandırdığının fərqindədir. İndi özünü elə göstərir ki, guya maraq dairəsində olmayan məsələyə qarışmır. Əslində, yuxarıda deyimiz kimi bu, görüntüdür. Çünki İran Ermənistanla Azərbaycan əleyhinə müttəfiqlik edir və Ermənistana da ən çox dəstək verən ölkələrdən biridir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv