!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölən şəxsin pensiya kapitalının AQİBƏTİ: "Ailə üzvlərinə birdəfəlik ödəniş kimi verilə bilər" - Təklif

!Reklam – Yazi

Azərbaycanda vətəndaş pensiya yaşına çatmamış ölərsə, onun sığorta hesabında yığılan pensiya kapitalı vəfat edənin ailə üzvlərinə deyil, dövlətə qalır, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sərəncamında saxlanılır. Son dövrlər əhalinin pensiya yaşına çatmadan vəfat etməsinin kütləviləşməsini nəzərə alsaq, xeyli sayda vəfat edən şəxsin pensiya kapitalı dövlətin nəzdində qalır.

Mövzu ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Lalə Mehralı öz fikirlərini Yenicag.az-la bölüşüb.

Sosioloq bildirib ki, sözügedən məsələdə dəyişikliyin edilməsinə ehtiyac var:

“Bu gün insanların əksəriyyəti pensiya yaşına çata bilmir. Bu halda, şəxsin ömürboyu işləyərək qazandığı kapital ya birdəfəlik ödəniş kimi ailə üzvlərinə verilə bilər və ya həmin şəxsin ailə üzvlərinin pensiya kapitalına əlavə oluna bilər. Lakin vəsait ailə üzvlərinin pensiya kapitalına əlavə olunarsa, burada çaşqınlığın yaranmaması üçün ciddi nəzarət zəruri olacaq. Bu baxımdan, ən rahat yol vəfat edən şəxsin pensiya kapitalının ailə üzvlərinə ödəniş kimi verilməlidir. Belə bir dəyişikliyin olması daha doğru və ədalətli yanaşmadır”.

Gülşən Şərif

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv