!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölən şəxsin pensiyası kimə verilir? - "Bu qaydanın tətbiqi real görünmür" - İQTİSADÇI

!Reklam – Yazi

“Ölən şəxsin pensiya kapitalının ən azından müəyyən hissəsinin vərəsələrə ödənməsi daha ədalətli olardı”.

Bu sözləri pensiya yaşına çatmamış ölən şəxsin pensiya kapitalı ilə bağlı vəziyyəti dəyərləndirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölən şəxsin pensiya kapitalının vərəsələrinə verilməsi müsbət hal olsa da, mövcud şəraitdə bu qaydanın tətbiqi real görünmür:

“Əksər ölkələrdə ölən şəxsin pensiya kapitalı onun ailə üzvlərinə ödənir. Azərbaycan azsaylı ölkələrdəndir ki, vətəndaş öləndə pensiya kapitalı onun vərəsələrinə keçmir. Lakin həmin vəsait dövlətə keçmir. Sadəcə olaraq digər pensiyaçılara çatır. Ölkəmizdə Pensiya Fondu və ya Dövlət Sosial Müdafiə Fondu dövlətə heç nə ödəmir. Əksinə dövlət bu qurumlara dəstək olur. Çünki fonda yığılan vəsait cari pensiyaları ödəməyə çatmır.

Bütün hallarda ölən şəxsin pensiya kapitalının ən azından müəyyən hissəsinin vərəsələrə ödənməsi daha ədalətli olardı. Lakin bunun üçün pensiya fondunda vəsaitin çox olması vacibdir. Bu gün Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saxta əlillik və pensiyaların ləğv olunması ilə məşğuldur. Bu addım həqiqi pensiyaçılara daha çox vəsaitin ödənməsi üçün nəzərdə tutulub. Fondun vəsaiti artırılmalıdır ki, ölən şəxslərin pensiya kapitalı ilə vəziyyəti nəzərə almaq olar”.

Gülşən Şərif

www.yenicag.az

955
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv