!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Olimpiakos”u Bakıda cəmi 50 azarkeş dəstəkləyəcək

!Reklam – Yazi

Yunanıstan “Olimpiakos”unu Bakıda “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda az sayda azarkeş dəstəkləyəcək.

Ağdam klubundan Yenicag.az-a verilən məlumata görə, Pirey təmsilçisi “köhlən atlar”dan cəmi 50 bilet istəyib.

Əldə olunmuş razılığa əsasən, 26-cı sektorun biletləri də “Qarabağ” tərəfdarları üçün satışa çıxarılıb. Həmin biletləri iticket.az və kassalardan almaq olar.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv