!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Olimpiya çempionundan rusiyalı futbolçulara TƏHQİR: “Sanki qoyun sürüsüdür”

!Reklam – Yazi

Biatlon üzrə dördqat olimpiya çempionu rusiyalı futbolçuların heç nəyə yaramadıqlarını deyib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, dördqat olimpiya çempionu Aleksandr Tixonov rusiyalı futbolçuları intizamsızlıqda suçlayıb.

O, Rusiya futbol komandalarının məğlubiyyətlərə vərdiş etdiklərini bildirib:

“UEFA bizim komandaları Avropa kuboklarından kənarlaşdırıb? Nə olsun ki? Biz onsuz da hamıya hər yerdə uduzuruq. Əllərindən heç nə gəlməyən bu futbolçuları bir yerə yığıb atmaq lazımdır.

Sanki qoyun sürüsüdür. Onlarda məşq prosesi intizamı yoxdur”.

Fiqurlu konkisürmə üzrə üçqat olimpiya çempionu, Dövlət Dumasının deputatı İrina Rodina da ölkənin futbol komandalarının Avrokuboklardan kənarlaşdırılmasına ironik münasibət bildirmişdi:

“UEFA-nın qərarından sonra bizim futbol komandaları Avrokuboklarda daha rüsvay olmayacaqlar”.

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv