Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Olimpiya mükafatçısı milli komandadan qovuldu?

Reklam: High Technic

Azərbaycan Boks Federasiyası daha bir “milliləşmiş” idmançı ilə yollarını ayırmaq qərarına gəlib. Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, Avropa və ikiqat Dünya çempionu, Olimpiya mükafatçısı, Avropa Oyunlarının bürünc medalçısı Məmmədrəsul Məcidov millimizdən gedir.

Qərar federasiya rəhbərliyi tərəfindən verilib. 2009-cu ildən Azərbaycan millisinin şərəfini qoruyan, 31 yaşlı idmançı son vaxtlar ümidləri doğrulda bilmir. Bu üzdən də federasiya dağıstanlı boksçu ilə müqavilə uzatmaq fikrində deyil.
Əldə etdiyimiz digər məlumata görə, İslamiadada M.Məcidovun çəkisində (+91 kq.) başqa boksçu tapılmasa ona son şans veriləcək. Bu yarış da Məmmədrəsul Məcidovun millimizin heyətində sonuncu çıxışı olacaq.
Həmçinin ona şans verilib ki, istəsə peşəkarların komandasında qalıb, döyüşməyə davam edə bilər.

Qeyd edək ki, Məmmədrəsul Məcidov boks üzrə milli komandamızla yanaşı, “Baku Fires” peşəkar boks klubunun da üzvüdür.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

340