!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkədə ət qıtlığı: Qiymətlərdə fantastik artım müzakirələrə səbəb oldu - VİDEO

!Reklam – Yazi

Son günlər Azərbaycanda heyvan bazarında qiymət artımları müşahidə olunmaqdadır. Kənd təsərrüfatı məsələləri üzrə mütəxəssislərin fikrincə, sözügedən artım xüsusilə də xırdabuynuzlu heyvanların qiymətində hiss olunur. Bunun isə iyunun 16-17-də qeyd olunacaq Qurban bayramı ilə bağlı olduğu səslənən fikirlər arasında yer alıb.

Yay aylarında ətə tələbatın azalması fonunda ölkəmizdə ət qiymətlərindəki fantastik artım isə müzakirələrə səbəb olub. Ekspertlərə görə, ölkəmiz ət istehlakı baxımından idxaldan asılıdır. Onların fikrincə, Gürcüstan bazarına tətbiq olunan məhdudiyyətdən sonra Rusiya bazarında yarana biləcək problem qoyun ətinin qiymətində artıma səbəb ola, yəni Azərbaycana idxal olunan qoyun ətinin qiyməti bahalaşa bilər.

Qeyd edək ki, bu heyvanların ölkəmizə idxal edilməsinin böyük bir hissəsi Rusiya və Gürcüstanın payına düşür.

Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə deyib ki, Azərbaycanda 2015-ci ildən bəri ət qıtlığı mövcuddur.

Onun sözlərinə görə, 10 ilə yaxındır ki, ölkə daxilində ət istehsalı ildən-ilə azalır.

Ətraflı videomaterialda təqdim edirik:

 

Rafi Müslümov

Samir Məcidov

www.yenicag.az

1472
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv