!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkədə ilk: Birbank Biznes-də sahibkarlar hesabı üz tanıma ilə açır

!Reklam – Yazi

Hüquqi şəxs və fərdi sahibkarların istifadəsində olan Birbank Biznes-də qeydiyyat prosesi asanlaşdırıldı. Belə ki, ölkədə ilk dəfə olaraq fərdi sahibkarlar biznes hesab açmaq üçün yeni “Üz identifikasiyası vasitəsilə qeydiyyat” funksiyasından yararlana bilərlər.

Yenicag.az xəbər verir ki, bu yenilik sayəsində Birbank Biznes-də hesab açmaq üçün şəxsiyyət vəsiqəsinə ehtiyac olmadan şəxsi və şirkət haqqında ilkin məlumatları doldurmaq, “Asan İmza” ilə müqavilə və özünü qiymətləndirmə anketini təsdiqləyərək qeydiyyatı video üz tanıma ilə tamamlamaq kifayətdir. Bütün proses ortalama 3 dəqiqə vaxt aparır və biznes sahiblərinə filiala yaxınlaşmadan daha sürətli şəkildə Birbank Biznes-də qeydiyyatdan keçməyə, vaxta qənaət etməyə imkan verir.

Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:

Biznes bank hesablarının açılması

Təcili köçürmələr, milli və xarici valyutada köçürmələr

Nağdsız ödənişlər

Əməkhaqqı və biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil

POS-terminal sifarişi, POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması

Cari və kart hesabından QR-nağdlaşdırma

Sənəd dövriyyəsi və sənədlərin kütləvi imzalanması

Biznes krediti və bank qarantiyaları

Mobil POS, e-ticarət və “Kliklə ödə” xidmətləri

Özəl tarif paketləri və s.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir.

Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

 

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv