!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkədə İŞSİZLİK STATİSTİKASI: "Göstərilən rəqəm reallığı əks etdirmir"

!Reklam – Yazi

Dövlət Statistika Komitəsinin məlumatına görə, 1 iyul 2022-ci il tarixinə kimi ölkədə işsiz statuslu 308.2 nəfər insan qeydə alınıb. Bu isə bir ay ərzində 5.1 min nəfər, yaxud 1.6 faiz azalma deməkdir.

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında bildirib ki, komitə tərəfindən göstərilən rəqəm reallığı əks etdirmir:

“Güman ki, bu göstərici Dövlət Məşğulluq Xidmətində qeydiyyatdan keçmiş işsiz insanların sayıdır. Lakin ölkədə hər kəs işsiz kimi Dövlət Məşğulluq Xidmətindən qeydiyyatdan keçmir. Bu gün işsizlər olduqca çoxdur. Sadəcə işsiz kimi qeydiyyatdan keçənlərin sayı hesablanaraq, hesabat yayılır. Əslində cəmiyyət olaraq statistik göstəricilərə inanmağı çoxdan tərgitmişik. Bu, təəssüf doğurur. İşsizlər arasında sorğu keçirilsə, hər 100 nəfərdən cəmi bir neçə nəfərin işsiz kimi qeydiyyatdan keçdiyini müşahidə edə bilərik. Çünki işsiz kimi qeydiyyatdan keçənlər üçün iş imkanları olsa da, məvacib olduqca azdır. Təbii ki, bu məvacib insanları qane etmir. İnsanlar haqlı olaraq öz zəhmətini qul əməyi kimi satmaq istəmirlər. Əgər vətəndaş öz əməyini 350-400 manata satırsa, bunun müaqabilində onun sağlamlığı, enerjisi tükənir və bununla yanaşı, nəqliyyat, geyim və yemək xərcləri tələbi ortaya çıxır. Bu isə o deməkdir ki, astarı üzündən baha başa gəlir. Ona görə də məşğulluq xidmətlərinin təklif etdiyi işlər hər zaman sərfəli olmur. Bu baxımdan işsizlərin həmin müəssisələrdə qeydiyyata düşməsi lazımsız bir vəziyyət halına gəlib”.

Sosioloq Aynur Hacıyeva isə qısa şəkildə vurğulayıb ki, komitənin yaydığı hesabat işsizlərin ümumi sayını əks etdirmir:

“Bu göstərici rəsmi olaraq müraciət edib qeydə alınan işsiz insanların statistik göstəricisidir. Real göstəricilər isə bunu göstərməyə bilər. Çünki məşğulluq agentliklərinə müraciət etməyən, özləri iş tapmağa çalışan işsiz insanların da sayı az deyil”.

Gülşən Şərif

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv