!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkədə kriptovalyuataya ARTAN MARAQ: "Böyük risk daşıyır" - İqtisadçı XƏBƏRDARLIQ ETDİ

!Reklam – Yazi

“Azərbaycanda, əsasən, müəyyən fiziki şəxslər daha ucuz olan və yeni yaranan kriptovalyutalara investisiya yatırırlar”.

Bunu dünya ölkələrində kriptovalyutalar, xüsusilə də “Bitcoin”ə olan yüksək meyl fonunda ölkəmizdə bu sahəyə olan marağın səviyyəsini dəyərləndirən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, məhz müəyyən dairələr tərəfindən kriptovalyutalar məqsədli şəkildə dövriyyəyə buraxılır:

“Pandemiya dövründə dünya ölkələri tərəfindən iqtisadiyyatlara 17 trilyon dollarlıq vəsait ayrılıb. Bu vəsaitin hansısa fonda dövriyyədən çıxarılması və geri qaytarılması kimi bir məsələ var. Hazırki inflyasiyanın səbəblərindən biri də məhz qeyd olunan vəsaitlə bağlıdır. Əslində, həmin vəsait dövriyyəyə buraxılarkən məqsəd pandemiya dövründə iqtisadiyyatın canlandırılması və ayaqda durmasını təmin etmək idi. Ancaq bu addımın yan təsirləri mövcud oldu. Bəzi dövlətlər, xüsusən də inkişafdan geri qalan ölkələr rəsmi olaraq kriptovalyuta buraxırlar və ya satışını həyata keçirirlər. Bununla da insanlardan pul yığılır. Çünki kriptovalyuta sırf hansısa məqsədə xidmət edir. Kriptovalyuta sabun köpüyünə bənzəyir və bir gün partlayacaq. Ona görə də böyük risk daşıyır”.

Eldəniz Əmirov vurğulayıb ki, ölkəmizdə kriptovalyutalara olan maraq getdikcə artmaqdadır:

“Azərbaycanda, əsasən, müəyyən fiziki şəxslər daha ucuz olan və yeni yaranan kriptovalyutalara investisiya yatırırlar. Düşünürlər ki, müəyyən müddətdən sonra yatırılan vəsaitin həcmi artacaq. Eyni zamanda, gənclərin kriptovalyutalara marağı daha yüksəkdir. Yaxın 3-10 illik dövrlər üçün bu maraq effektiv ola bilər. Lakin risklər də qaçılmazdır”.

Gülşən Şərif

www.yenicag.az

853
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv