Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Ölkədə manat qıtlığı var" - İqtisadçı

Azərbaycanda baş tutan IV İslam Həmrəylik Oyunlarına xarici ölkələrdən idmançılarla yanaşı, çoxsaylı turistlər də gəlib. Hansı ki, onların burada olduqları müddətdə ölkədə dollara tələbat müəyyən qədər artıb. Bu fonda maraqlıdır, görəsən İslamiadadan sonra dolların manata nisbətən məzənnəsində hansısa dəyişikliklər olacaqmı, ABŞ valyutasının möhkəmlənməsi gözlənilirmi?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Yenicag.az-a açıqlamasında bildirdi ki, İslamiadadan sonra dolların məzənnə baxımından möhkəmlənib-möhkəmlənməyəcəyi Mərkəzi Bankın manat bazası ilə bağlı yürütdüyü siyasətindən asılı olacaq:

“Azərbaycanda dolların manata nisbətən məzənnəsi yalnız bazardakı tələb və təklifdən asılı deyil. Proses Mərkəzi Bankın manat bazasını necə dəyişməsindən asılıdır. Bildiyiniz kimi cari ilin ilk rübündə ölkədə manat bazası 6,8 milyard manatadək aşağı enib. Azərbaycanın manat bazasının ümumi daxildəki payı təxminən 13 faizdir. Halbuki, Rusiya və Qazaxıstanda milli valyutaların payı 40 faizdən çoxdur. ABŞ-da isə bu göstərici 80 faizə yaxındır. Ölkədə manat qıtlığı var. Manat qıtlığı da dollara tələbi azaldıb. Ona görə də birbaşa manat bazasının necə dəyişməsi dolların məzənnəsinin müəyyənləşməsində həlledici olacaq. Mərkəzi Bank manat bazasının genişləndirilməsinə çalışacaqsa, sərt kompleks siyasəti mərhələli, yumşaq siyasətlə əvəzləyəcəksə, bu halda dollara tələbat da artacaq. Amma manat bazasının sıxılması prosesi davam edəcəksə və prosesdə genişlənmə müşahidə olunmayacaqsa, o halda nəticə etibarı ilə manatın dollara nisbətən məzənnəsində mövcud interval qorunub saxlanılacaq. Ona görə də hər şey yay mövsümündə manat bazasının necə dəyişməsindən asılı olacaq. Avqust ayında isə yeni dərs ilinin başlanması ilə bağlı olaraq idxal artacaq. İdxal artanda isə dollara tələbat da çoxalır. Amma manat bazası kiçilməkdə davam edəcəksə, istehlak məhdudlaşacaq.

O, baxımdan növbəti dövrlərdə dolların məzənnəsinin necə dəyişməsi birbaşa Mərkəzi Bankın manat bazası ilə əlaqədar siyasətindən asılı olacaq. Manat bazasının məhdudlaşdırılması dolların məzənnə baxımından hazırki intervalda saxlanılmasına gətirib çıxartsa da, real sektora mənfi təsir göstərir. Bu baxımdan manat bazasının mərhələli şəkildə genişlənməsinin müşahidə edilməsi daha məqsədəuyğundur. Bu da nəticə etibarı ilə dolların bazar dəyərinin müəyyənləşdirilməsinə, eləcə də real sektorun manata olan tələbinin ödənilməsinə gətirib çıxara bilər”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

469
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100