!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkədə sürətli BAHALAŞMANIN SƏBƏBİ: "Süni qiymət artımını yaradan Dövlət Gömrük Komitəsidir" - İqtisadçı

!Reklam – Yazi

“Dövlət Gömrük Komitəsi Azərbaycanda süni qiymət artımı yaradan bir nömrəli qurumdur”.

Bu fikri bu ilin ilk 10 ayında Gömrük Komitəsinin planda nəzərdə tutulundan 374 milyon manat əlavə rüsum toplamasına münasibət bildirən iqtisadçı ekspert Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Nazim Bəydəmirli bildirib ki, qurum sanki kolxoz planı doldurur:

“Bazar iqtisadiyyatında planlaşdırma elementləri var, ancaq deyəsən bəziləri bunu səhv salır. Proqnoz göstəriciləri deyilən bir göstəricilər var. Hökumət əvvəlcədən deyə bilməz ki, iqtisadi fəallıq nə qədər arta, azala bilər. Gömrük Komitəsi ona görə bu cür açıqlamalar verir ki, kim daha çox vətəndaşlardan, sahibkarlardan cərimə və başqa yollarla vəsait toplaya bilər yarışının içərisindədirlər. Əslində artan proqnoz göstəricilərinin əlavə vəsait yığılmağı vətəndaşların hesabınadır. Gömrük Komitəsi süni qiymət artımı ilə məşğul olan ən böyük qurumdur. Ölkəyə avtomobil gətirənlər bunu daha çox hiss edirlər. Çünki onların aldıqları avtomobillərin dəyərinə uyğun bəyannamə etməyə imkan vermirlər. Digər sahibkarlar ölkəyə mal idxal edirlər, onların qiyməti bəyannamə ilə süni şişirdilir. Həmin şişirdilmiş qiymətdən toplanılan əlavə vəsait qiymət artımına gətirib çıxarır. Ölkədə süni qiymət artımını yaradan Dövlət Gömrük Komitəsidir.

Belə bir açıqlamanın verilməsi, proqnoz göstəricilərindən əlavə vəsaitin toplanılması vətəndaşlara və sahibkarlara edilən zülmlərdir”.

İqtisadçı ekspert qeyd edib ki, Gömrük siyasəti hədəfinə çatmayıb:

“Son 5-6 ildə idxaldan toplanan əlavə dəyər vergisi 2.5 dəfə artıb. Ancaq ölkə daxilində istehsal olunan idxaldan və xidmətlərdən əlavə dəyər vergisi təqribən 10 faizə qədər azalıb. Daxili istehsal gömrük vasitəsi ilə qorunmayıb. Gömrük Komitəsi qarşısına qoyulmuş hədəflərə mandatına uyğun olaraq hərəkət etməyib. Əgər düzgün şəkildə gömrük siyasəti aparılsaydı, daxili istehsal stimullaşdırılmalı idi. Özümüz öz daxili istehsalımız hesabına özümüzü təmin etməli idik. Belə hadisələr baş verirsə, gömrük orqanları neomonopoliya ilə məşğuldur. Məmur oliqarxiyasına daxil olmayan sahibkarları bazardan sıxışdırırlar”.

Səxavət Məmməd

www.yenicag.az

647
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv